Almaniyanın “Bayer Münhen” klubunun ingiltərəli hücumçusu bu mövsüm vurduğu qolların sayını 49-a çatdırıb. 30 yaşlı hücumçu Bundesliqanın XII turu çərçivəsində "Köln"ə oyunda qələbə qolunun müəllifi olub (1:0). O, bununla da 2023-cü ilin ən məhsuldar oyunçusu adını ələ keçirib. İngiltərəli hücumçu mövsüm ərzində bu qolları "Bavariya", "Tottenhem" və İngiltərə yığmasının heyətində vurub.
Qeyd edək ki, bu mövsüm “Tottenhem”dən bundestim təmsilçisinin heyətinə keçən H.Keyn hazırda yüksək performansı ilə fərqlənir. O, mövsüm ərzində “Bavariya”nın heyətində 17 oyunda 22 qol vurub, 7 qol ötürməsi ilə yadda qalıb.