“Bu, onların bədbəxtliyidir”

“Bu, onların bədbəxtliyidir”

İspaniyanın “Real” klubunun braziliyalı futbolçusu Rodriqoya qarşı sosial media hesablarında irqçi ifadələr səsləndirilib. Xoşagəkməz halla üzləşən ulduz futbolçu təhqirlərə bu cür cavab verib:

"İrqçilər həmişə aktivdirlər. Sosial şəbəkələrim təhqirlər və hər cür cəfəngiyyatla zəbt edilib.

Əgər biz onların istədiklərini etməsək, onların düşündükləri kimi davranmasaq irqçilər bütün bu cinayətkar davranışları ilə hərəkətə keçirlər. Ancaq bu, onların bədbəxtliyidir, çünki biz dayanmayacağıq”