Premyer Liqa: “Səbail” - “Kəpəz” oyununda hesab açılmadı

Premyer Liqa: “Səbail” - “Kəpəz” oyununda hesab açılmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir. Turun ikinci oyun günündə "Səbail" klubu “ASCO Arena”da bölgə təmsilçisi "Kəpəz"i qəbul edib.

Tərəflərin cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb. Beləliklə, “Səbail” klubu bu nəticədən sonra 22 xalla üçüncü pillədə qərarlaşıb. Aktivində 10 xalı olan Gəncə təmsilçisi isə 9-cudur.

Qeyd edək ki, bu gün 14-cü tur mərçivəsində daha bir oyun keçiriləcək. Günün ikinci oyununda "Qəbələ" klubu doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq.

Xatırladaq ki, ötən gün keçirilən turun açılış oyununda "Qarabağ" klubu səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyərək liderliyi ələ keçirib.