“Mançester barədə düşünmürəm”

“Mançester barədə düşünmürəm”

"Atletiko"nun fransalı futbolçusu Antuan Qrizmann "Mançester Yunayted"ə mümkün transferi barədə danışıb.

"Atletiko"nun əfsanəsi olmaq istəyirəm, özümü sübut etməliyəm. Bu, mənim missiyamdır. 2024-cü ildə azarkeşləri sevindirmək və "Atletiko" üçün titul qazanmaq istəyirəm. Mançester barədə düşünmürəm", - deyə o,  "Marca"ya açıqlama verib.