Antonellanı Sofiya ilə əvəzləyir?

Antonellanı Sofiya ilə əvəzləyir?

"İnter Mayami"də çıxış edən argentinalı ulduz Leonel Messi və həyat yoldaşı Antonella ayrıla bilər.  Bu barədə “Diretodomiolo” nəşri məlumat yayıb. Belə ki, Messinin jurnalist Sofiya Martinezlə yaxınlıq etdiyi ilə bağlı şayiələr yayılıb. Bu iddialar cütlük arasında münasibətləri korlayıb.

Qeyd edək ki, uşaqlıqdan bəri bir-birlərini sevib, daha sonra ailə həyatı quran Leonel Messi və Antonella 15 ildən çoxdur ki, birlikdədir. Cütlüyün 3 övladı var.