Pivə Niderland klubunun əsas gəlir mənbəyidir

Pivə Niderland klubunun əsas gəlir mənbəyidir

"Tvente" klubu bir il ərzində stadionda pivə satışından rekord gəlir əldə edib. Bu, futbolçu satışından daha çoxu deməkdir.

Niderland klubu işçilərin maaşları və ərzaq alışı xərclərini nəzərə almasaq, təxminən 10,5 milyon avro qazanıb.

Klubun futbolçu satışından isə büdcəsinə 6,4 milyon avro daxil olub.

Qeyd edək ki, "Tvente" bu mövsüm 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.