Noyer Mülleri gözləyir

Noyer Mülleri gözləyir

"Bavariya"nın qapıçısı Manuel Noyer peşəkar futbolçu karyerası ilə bağlı fikirlərini bölüşüb. 

“Mən heç olmasa Tomas Müller oynadığı müddət qədər oynamaq istəyirəm. Təbii ki, karyeramı davam etdirməkdən məmnun olardım. Amma hər şey mənim sağlamlığımdan asılıdır. Hazırda özümü daha yaxşı hiss edirəm. Düşünürəm ki, beynəlxalq fasilə mənə yaxşı təsir etdi”, - deyə Noyerin sözlərini “Bild” sitat gətirib.

Xatırladaq ki, almaniyalı qolkiperin hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.