Şahmatçımızın daha bir rəqibi müəyyənləşdi

Şahmatçımızın daha bir rəqibi müəyyənləşdi


Rusiya Şahmat Federasiyası iddiaçıların 2014-cü il martın 14-dən 30-dək Xantı-Mansiyskdə keçiriləcək turnirində iştirak etmək üçün 2013-cü ildə Rusiya çempionu olmuş Pyotr Svidlerin namizədliyini təklif edib. Svidler iddiaçıların 2013-cü il turnirinin bürünc mükafatına layiq görülüb. FİDE rusiyalı qrossmeysterin namizədliyini qəbul edib. İddiaçıların turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da çıxış edəcək. Qrossmeyster FİDE-nin Qran-pri yarışlarının altı mərhələsinin yekunlarına görə birinci yeri tutaraq şahmat tacı uğrunda mübarizədə iştirak etmək hüququ qazanıb.
Xatırladaq ki, iddiaçıların 2014-cü ildə keçiriləcək turnirində Şəhriyar Məmmədyarov, Vladimir Kramnik, Sergey Karyakin, Dmitri Andreykin, Pyotr Svidler, Levon Aronyan, Veselin Topalov, habelə Vişvanatan Anand-Maqnus Karlsen oyununda məğlub olan şahmatçı iştirak edəcək.