Premyer Liqa: “Zirə” yenidən liderliyi ələ keçirə biləcəkmi?

Premyer Liqa: “Zirə” yenidən liderliyi ələ keçirə biləcəkmi?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına yekun vurulacaq. Sonuncu oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Günün ilk oyununda meydana əvvəlcə “Neftçi” və “Araz-Naxçıvan” komandaları çıxacaq. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların mübarizəsinə saat 15:30-da “Neftçi Arena”da start veriləcək.

Turun son oyunu isə Sumqayıtda təşkil olunacaq. “Kapital Bank Arena”da şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası oyunda qələbə qazanacağı təqdirdə yenidən “Qarabağı” bir xal qabaqlayaraq liderliyi ələ keçirəcək.