İtaliya çempionatının XIII turu çərçivəsində baş tutan matçda - “Fiorentina” ilə oyunda (1:0) “Milan”ın gənc futbolçusu Françesko Kamarda debüt edib.
Matçın 83-cü dəqiqəsində meydana çıxan hücumçu İtaliya çempionatında oynayan ən gənc futbolçu kimi rekord əldə edib.
Kamarda 15 yaş 260 günlüyündə debüt edib ki, bu da indiyədək A Seriyasında qeydə alınmış rekorddur.
Bundan əvvəl rekord "Bolonya"nın müdafiəçisi Uisdom Ameyə ( 15 yaş 274 gün) məxsus olub.