Klopp: “Onları sakitləşdirməyə çalışdım”

Klopp: “Onları sakitləşdirməyə çalışdım”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp RPL-in 13-cü turunun oyunundan sonra mersisaydlıların hücumçusu Darvin Nuneslə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola (1:1) arasında yaranan münaqişədən danışıb. “Bu vəziyyətin tarixi rəqabətlə heç bir əlaqəsi yoxdur.
İkisini də sevirəm, ona görə də nə baş verdiyini 100 faiz bilmədən onları sakitləşdirməyə çalışdım. Hisslərə qapılmaq olmaz. Pep qazanmaq istəyir, biz də qazanmaq istəyirik. Matçda heç kim qalib gəlmədi, buna görə də əsəblər gərildi, - deyə Klopp Metro portalına bildirib.
Qeyd edək ki, “Mançester Siti” (29 xal) 13 oyundan sonra Premyer Liqada ikincidir. "Liverpul" (28) turnir cədvəlində ilk üçlükdədir.