Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz Naxçıvan” oyununda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz Naxçıvan” oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçirilir. Turun sonuncu oyun günündə “Neftçi” komandası “Araz-Naxçıvan”ı qəbul edib. “Neftçi Arena”da keçirilən oyunda hesab 41-ci dəqiqədə açılıb. Ağ-qaraların heyətində müdafiəçi Yuri Matias fərqlənib. Lakin flaqman üstünlüyün sona qədər qoruya bilməyib. Qonaqlar Orxan Əliyevin 90+3-cü dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Hazırda 14 oyundan sonra “Araz Naxçıvan” komandası 21 xalla beşinci, aktivində 19 xalı olan “Neftçi” isə 6-cıdır.