Qitə komandaları Varşavada toplaşacaqlar

Qitə komandaları Varşavada toplaşacaqlar

Noyabrın 8-dən 17-dək Polşanın paytaxtı Varşavada qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatı start götürəcək. 9 turdan ibarət turnirdə 30 komanda İsveçrə sistemi üzrə yarışacaq. Turnirdə Azərbaycan milli komandası da mübarizə aparacaq. Kapitan Fikrət Sideyifzadənin rəhbərliyi ilə qrossmeysterlərimiz Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar, habelə beynəlxalq ustalar Xəyalə Abdulla və Nərgiz Umudova Varşavaya gediblər.