“Zirə” liderliyi əldən verdi

“Zirə” liderliyi əldən verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına yekun vurulub. Turun son oyununda “Zirə” komandası səfərdə Sumqayıtın qonağı olub. Tərəflərin cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb. Beləliklə, görüş səfərdə xal itirən "Zirə" klubu liderliyi əldən verib. Qəsəbə təmsilçisi hazırda 28 xalla ikinci pillədə qərarlaşıb. Aktivində 22 xalı olan “Sumqayıt” isə üçüncüdür.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XV turun oyunları dekabrın 2-4-də keçiriləcək.