Azərbaycan şahmatçıları Avropa çempionatında

Azərbaycan şahmatçıları Avropa çempionatında


Azərbaycanın şahmat üzrə kişilərdən və qadınlardan ibarət yığma komandaları bu gün Polşanın paytaxtında keçirilən Avropa komanda çempionatında iştirak edəcəklər.
Kişilərin turnirində Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Qadir Hüseynov çıxış edirlər. Qadınların yarışlarında isə Azərbaycanı Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla və Nərgiz Umudova təmsil edirlər. İdmançılarımızın əsas rəqibləri Rusiya, Ermənistan, Fransa, İngiltərə, Almaniya, Macarıstan, Niderland və Ukrayna yığmalarıdır.
Proqnozlara görə, idmançılarımız üçün ən təhlükəli rəqiblərin Rusiya, Ukrayna, Gürcüstan, Polşa və Almaniya idmançıları olduğu güman edilir. Kişilərin turnirində 37, qadınların turnirində isə 31 komanda mükafata layiq yerlər uğrunda mübarizə aparacaq. Yarışlar İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Oktyabrın 13-ü iştirakçıların istirahət günüdür.
Xatırladaq ki, 2011-ci ilin Avropa komanda çempionatında (Halkidiki, Yunanıstan) Azərbaycanın kişilərdən ibarət yığma komandası ikinci yeri tutmuşdu. Yarışın çempionu adına isə Almaniya komandası layiq görülmüşdü.