Cüdo üzrə milli komandamızın üzvləri Yaponiyada təlim düşərgəsində keçirilən hazırlıq prosesində iştirak edirlər. Noyabrın 28-dək davam edəcək təlim-məşq toplanışında böyüklərdən ibarət milli komandanın 18 üzvü hazırlıq keçir.
Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.