Avropa Voleybol Konfederasiyasının rəsmiləri Azərbaycana gəliblər

Avropa Voleybol Konfederasiyasının rəsmiləri Azərbaycana gəliblər


2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olmaq üçün Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri Azərbaycana gəliblər.
Azərbaycan Voleybol Federasiyasından CEV-in prezidenti Andre Mayer, birinci vitse-prezident Yan Xronek və vitse-prezidentlər Aleksandr Boriçiç və Renato Arena iki gün ərzində ölkəmizdə səfərdə olacaqlar.
Avropa Oyunları çərçivəsində yarışların keçiriləcəyi - "Baku Crystall Hall” və çimərlik voleybolu üzrə meydançaya baxış keçiriləcək. Nümayəndə heyətinin həm də Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov və gənclər və idman naziri Azad Rəhimov ilə görüşü nəzərdə tutulmuşdur.