Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov AFFA tərəfindən təltif edilib. AFFA-nın mətbuat xidmətinin yaydığı xəbərə görə, veteran futbolçu İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.
AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.