Noyabrın 25-də Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün “Cüdo Klub 2012”də seminar keçirilib.
Seminarda mübahisələrə səbəb olan epizodlar təhlil olunub. Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
ACF-in Prezidentinin müşaviri Natiq Bağırov seminarda iştirak edərək öz tövsiyələrini verib.
Seminarın keçirilməsi hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.