Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” klubu Norveçdə "Molde" klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək oyunu Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” klubu hazırda 6 xalla H qrupunda “Molde” klubu ilə birlikdə 2-3-cü yerləri bölüşür. Azərbaycan çempionu bu oyunda qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.