«Madrid mənə bunu etməyə icazə vermir»

«Madrid mənə bunu etməyə icazə vermir»

"Real Madrid"in hücumçusu Rodriqo argentinalı hücumçu Lionel Messi ilə münaqişəsindən danışıb. “Messi? Onun haqqında danışa bilmərəm. Niyə? "Madrid mənə bunu etməyə icazə vermir" - deyə o Xtra saytına bildirib.

Bu sözlərdən sonra braziliyalı gülüb və klub əməkdaşları az qala dərhal futbolçunu jurnalistlərin əlindən alıblar. Rodriqo Argentina millisini qorxaq adlandırıb, çünki Messi matçdan əvvəl tribunada azarkeşlər arasında davaya görə komandanı soyunub-geyinmə otağına aparmaq qərarına gəlib. Argentinalı isə öz növbəsində Rodriqoya belə cavab verib: “Əgər biz dünya çempionuyuqsa, bəs niyə qorxaqıq?”

Xatırladaq ki, Rio-de-Janeyrodakı "Marakana"da keçirilən həmin qarşılaşmada qonaqlar minimal qələbə qazanıblar - 1:0.