Salah getsə, Mbappe gələcək?

Salah getsə, Mbappe gələcək?

"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməkdə maraqlıdır, «TeamTalk» məlumatına görə, gələn yay onlar Məhəmməd Salahı satsalar, klub 24 yaşlı fransız üçün mübarizəyə başlaya bilər. Daha əvvəl 31 yaşlı misirlinin xidmətində Səudiyyə Ərəbistanı klublarının maraqlı olduğu bildirilirdi.

Mbappenin PSJ ilə müqaviləsi isə 2023/24 mövsümünün sonunda başa çatacaq. Bu mövsüm o, parislilərin heyətində bütün turnirlərdə 17 oyun keçirib, 17 qol vurub və iki məhsuldar ötürmə edib.