A Seriyasının ən gənc məşqçisi «Roma»nın hədəfində

A Seriyasının ən gənc məşqçisi «Roma»nın hədəfində

İtaliyanın "Roma" klubu Joze Mourinyonu Raffaele Palladino ilə əvəzləmək niyyətindədir. Calciomercato.com xəbər verir ki, Palladino hazırda «Monza»ya rəhbərlik edir. 39 yaşlı baş məqşqçi A Seriyasının ən gənc məşqçisidir. O, 2022-ci ildən «Monza»da işləyir. Ötən mövsüm «Monza» 2022/2023 mövsümünü 11-ci yerdə başa vurmuşdu. oyunda 51 xal toplayıb və bu, həmin dövrdə altıncı yerdir.Bu mövsüm komanda Monza doqquzuncu yerdədir.

Qeyd edək ki, «Roma»lılar Mourinyodan narazıdırlar. Portuqaliyalı məşqçi isə Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərdən imtina edib. Onun Braziliya millisi ilə işləmək variantı var.

Bildirilir ki, Palladino «Monza»dan ayrılsa, klub «Cenoa» Alberto Qilardinonu kluba dəvət edəcək.