Braziliyalı model Bruna Biankardi "Əl-Hilal"ın hücumçusu Neymarla artıq münasibətinin olmadığını açıqlayıb. Bu barədə o, sosial şəbəkələrdən birində məlumat verib.
“Bu, şəxsi məsələdir, lakin bu, hər gün mediada müzakirə olunduğu üçün sizə bildirirəm ki, hazırda onunla münasibətim yoxdur. Biz Mavianın valideynləriyik və ümumi cəhətlərimiz budur. Ümid edirəm ki, məni tez-tez müzakirə etməyi dayandıracaqsınız. Təşəkkür edirəm”, - deyə Biankardi yazıb.
Qeyd edək ki, oktyabrın 7-də cütlüyün Mavia adlı qızı dünyaya gəlib. Bununla da Neymar ikinci dəfə ata olub. Bundan əvvəl o, braziliyalı model Karolina Dantas ilə münasibətdə olub. Onların 12 yaşlı Davi Lucca adlı oğlu var.