Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunlarına start verilib. "Dalğa Arena"da təşkil olunan turun açılış oyununda "Araz Naxçıvan" klubu "Səbail"i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Mohammed Kadiri 17-ci dəqiqədə heabı açsa da, qonaqlar oyunun son dəqiqələrində məğlubiyyətdən xilas olmağı bacarıblar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Bu nəticədən sonra "Səbail" xallarının sayını 23-ə, "Araz Naxçıvan" isə 22-yə yüksəldib.