"Liverpul" rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalamaq cəhdlərindən əl çəkmək qərarınagəlib. Bu barədə X sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat verib. Mənbəninsözlərinə görə, hazırda fransalı futbolçuya sahib olmaq üçün yeganə Avropa klubu Madrid “Real”ıdır.
Xatırladaq ki, Mbappenin Paris klubu ilə hazırkı müqaviləsi gələn ilin yayına qədər qüvvədədir. Daha əvvəlmətbuatda “Los Blancos”un 24 yaşlı futbolçunun 2024-cü ilin ilk aylarında onlarla müqavilə imzalamaqda israrlıolacağı barədə məlumatlar yayılmışdı.
Mbappe bu mövsüm bütün yarışlarda 17 matçda iştirak edib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.