“Real” liderliyə yüksəldi

“Real” liderliyə yüksəldi

 

İspaniya La Liqasında 15-ci turun oyunları keçirilir. “Real” komandası Santyaqo Bernabeuda “Qranada” ilə qarşılaşıb. Oyun Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb -2:0. “Kral klubu”nun heyətində 26-cı dəqiqədə Brahim Dias, 57-ci dəqiqədə isə Rodriqo fərqləniblər. “Real” klubu bu qələbədən sonra 38 xalla liderliyə yüksəlib. Aktivində 38 xalı olan Karlo Ançelottinin komandası “Jirona” ilə birgə turnir cədvəlinə şərikli liderlik edir.