AVRO-2024-ün qalibi nə qədər qazanacaq?

AVRO-2024-ün qalibi nə qədər qazanacaq?

Gələn il Almaniyada təşkil olunacaq futbol üzrə AVRO-2024-ün ümumi mükafat fondu açıqlanıb. UEFA-nın rəsmi saytında yer alan məlumata görə, iştirakçı komandalara veriləcək məbləğ ötən Avropa çempionatı (AVRO-2020) ilə eynidir. Belə ki, mükafat fondu bu dəfə də 331 milyon avro olaraq təsdiqlənib. Komandalara qitə çempionatında iştirak etdikləri üçün 9,25 milyon avro veriləcək. Hər qələbəyə görə 1 milyon, heç-heçəyə görə isə 500 min avro ödəniləcək.

1/8 finala vəsiqə əldə edən yığmaların hər biri 1,5 milyon avro qazanacaq. 1/4 finala çıxan kollektivlər 2,5 milyon, yarımfinalın iştirakçıları isə 4 milyon avro əldə edəcəklər. Turnirin gümüş mükafatçısı 5 milyon, Avropa çempionuna tituluna sahib olan komanda isə 8 milyon avro qazanacaq.

Çempion komandanın hər üç qrup matçında qalib gələcəyi təqdirdə, əldə edə biləcəyi maksimum gəlir 28,25 milyon avro olacaq.