UEFA finalı iki şəhərə həvale etdi

UEFA finalı iki şəhərə həvale etdi

Futzal üzrə 2026-cı ildə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqada (Latviya) və Kaunasda (Litva) keçiriləcək. Bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək keçiriləcək.
Qeyd edək ki, oyunlar iki arena keçirilicək. Belə ki, “Riqa Arena” 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə ev sahibliyi edib. “Kaunas Arena” isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlaşın matçları da daxildir.Final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları gələn il aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.
Buna qədər AÇ-nin final mərhələsinə Niderland (2022), Sloveniya (2018), Serbiya (2016), Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999 və 1996) evsahibliyi edib. Millimiz 2010-cu ildən başlayaraq ardıcıl 6 dəfə AÇ-nin final mərhələsində iştirak edib.