Premyer Liqa: “Neftçi” “Zirə”ni minimal hesabla məğlub etdi

Premyer Liqa: “Neftçi” “Zirə”ni minimal hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilir. Turun ikinci oyun günündə azarkeşlər paytaxt derbisini izləyiblər. Belə ki, "Neftçi" komandası "Zirə"ni qəbul edib. "Neftçi Arena"da keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. “Ağ-qaralar”ın heyətində Rəhman Hacıyev 60-cı dəqiqədə fərqlənərək qələbə topunun müəllifi olub. Qələbədən sonra xallarının sayını 22-yə yüksəldən flaqman altıncı pillədə qərarlaşıb. İkinci pillədəki "Zirə"nin isə 28 xalı var.