“Mançester Siti” “Tottenhem” oyununda qalib müəyyənləşmədi

“Mançester Siti” “Tottenhem” oyununda qalib müəyyənləşmədi

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir. “Mançester Siti” klubu doğma meydanda “Tottenhem”lə üz-üzə gılib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Görüş 3:3 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Fil Foden və Cek Qriliş vurub. Qonaqların qollarını isə Covani Lo Çelso, Deyan Kuluşevski və Son Hın Min vurub. Bu oyundan sonra “Mançester Siti” 30 xalla üçüncü, “Tottenhem” isə 27 xalla beşinci pillədə qərarlaşıb.