“Barselona” minimal hesablı qələbə ilə üçüncü sıraya yüksəldi

“Barselona” minimal hesablı qələbə ilə üçüncü sıraya yüksəldi

Futbol üzrə İspaniya La Liqasında XV turun oyunları davam edir. Turun mərkəzi oyununda “Barselona” və “Atletiko” komandaları üz-üzə gəlib. Oyun Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb 1:0. Matçda vurulan yeganə qolun müəllifi Joa Feliks olub. O, 28-ci dəqiqədə dəqiq zərbə ilə komandasına qələbə qazandıran qolu vurub. Xavi Hernandesin komandası bu qələbədən sonra xallarının sayını 34-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. “Barselona”dan üç xal geri qalan "Atletiko" isə 4-cüdür. Turnir cədvəlinə 38 xalla “Real” komandası başçılıq edir.