Premyer Liqa: Bu gün XV tura yekun vurulacaq

Premyer Liqa: Bu gün XV tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunlarına yekun vurulacaq. Turun son oyununda "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq oyunu Tural Qurbanov idarə edəcək. Qarşılaşmanın start fiti 19:30-da veriləcək. Ağdam təmsilçisi bu oyunda qələbə qazanacağı təqdirdə xallarının sayını 32-yə çatdıraraq ikinci yerdə qərarlaşan “Zirə”ni dörd xal qabaqlayacaq. "Qırmızı-qaralar" isə hazırda 11 xalla 9-cu pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"yə (1:0), "Sabah" isə "Kəpəz"ə (2:0) qalib gəlib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmalarında isə heç-heçə qeydə alınıb.