Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunlarına yekun vurulub. Turun son oyun günündə Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib. Oyun “köhlən atlar”ın böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. “Qarabağ”ın heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurub.
Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 32-yə çatdıraraq ikinci pillədə qərarlaşan “Zirə”ni 4 xal qabaqlayır. Aktivində 11 xalı olan “Qəbələ” isə 9-cu pillədə qərarlaşıb.