Bu günlərdə Lənkəran Şəhər İcra Hakimiyyətində müxtəlif yaş qrupları üzrə dünya və Avropa birinciliyində yüksək nəticə göstərən yunan-Roma güləşçiləri ilə görüş keçirilib. Görüşdə dünya çempionatının gümüş medalçısı Xasay Həsənli, 17 yaşadək yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalçısı Elmin Əliyev, MDB oyunlarının gümüş mükafatçısı Məhəmməd Şükürzadə iştirak edib.
Görüşdə idmançıların uğurlarından danışılıb, qazandıqları nailiyyətlər yüksək qiymətləndirlib.
İdmançılar və məşqçilər isə öz növbələrində Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.