Taylor Svift yoxsa “Lion”?

Taylor Svift yoxsa “Lion”?

“Le Progres” nəşrinin yaydığı xəbərə görə Fransanın “Lion” komandası mövsümün sonunda Liqa 1-in pley-off mərhələsinə düşsələr, qeyri-adi səbəbdən öz meydanlarında oynaya bilməyəcəklər.
Səbəb iyunun 2-də “Lion stadionunda məşhur müğənni Taylor Sviftin konserti ilə eyni vaxta düşməsidir. Maraqlıdır ki, konsertin bütün biletləri artıq satılıb. Mənbə bildirir ki, tədbiri maliyyə səbəblərinə görə ləğv etmək mümkün olmayacaq.
Qeyd edək ki, Fransa çempionatının 13 turundan sonra "Lion" 7 xal toplayaraq, turnir cədvəlinin son 18-ci pilləsində qərarlaşıb.