"Vest Hem"in müdafiəçisi Kurt Zumanın evini qarət olunub. "The Sun"ın yaydığı xəbərə görə dekabrın 2-də baş verən hadisə zamanı Zuma və ailəsi evdə olublar. Cinayətkarın fransalı oyunçunun evindən 100 milyon funt sterlinq (116 milyon avro) pul və 3 milyon funt sterlinq (3,4 milyon avro) dəyərində müxtəlif əşyalar apardıqları bildirilib. Arxa xətt oyunçusunun psixoloji sarsıntı keçirdiyi, hadisənin polis tərəfindən araşdırıldığı vurğulanıb.
Xatırladaq ki, Zuma 2021-ci ildən "Vest Hem"də çıxış edir.