Dekabrın 6-da “Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan kuboku yarışına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançılar arasında keçirilən yarış şəxsi, qoşa, qarışıq-qoşa və komanda formatında keçirilir. Turnirin təşkil olunmasında əsas məqsəd stolüstü tennisin təbliği və kütləviliyinin təmin olunması, güclü və perspektivli idmançıların üzə çıxarılması, müxtəlif yaş qrupları üzrə seçmə komandaların heyətinin müəyyənləşdirilməsi və idmançıların hazırlıq potensialının artırılmasıdır. Ölkə kuboku yarışı dekabrın 9-dək davam edəcək.