“Şahmat tacı” uğrunda mübarizədə bərabərlik hökm sürür

“Şahmat tacı” uğrunda mübarizədə bərabərlik hökm sürür



Hindistanın Çennay şəhərində şahmat üzrə hazırkı dünya çempionu Vişvanatan Anand (2775, Hindistan) və iddiaçı Maqnus Karlsen (2870, Norveç) arasında şahmat üzrə dünya çempionu adı uğrunda yarışa start verilib.
Artıq 4 partiyanın nəticələri məlumdur. Keçirilən görüşlərdən sonra tərəflər hələ ki, heç-heçə ilə razılaşıblar -2:2. Dünən şahmatçılar istirahət ediblər. Növbəti qarşılaşma bu gün keçiriləcək. Qeyd edək ki, yarışda Vişvanatan Anand və Maqnus Karlsen öz aralarında 12 partiya oynayacaqlar. Hər bir partiyada ilk 40 gediş üçün 120 dəqiqə nəzarət vaxtı, sonrakı 20 gediş üçün 60 dəqiqə, sonra isə 61-ci gedişdən etibarən partiya başa çatana qədər 15 dəqiqə və hər növbəti gediş üçün əlavə 30 saniyə vaxt nəzərdə tutulub. 6-cı partiyadan sonra fiqurların rəngləri dəyişir, yəni birinci partiyada ağ fiqurlarla oynayan iştirakçı 7-ci partiyanı qara fiqurlarla başlayacaq. 12 partiyadan sonra hesab heç-heçə olarsa, tay-breyk keçirilir. Məlumat üçün bildirək ki, 2007-ci ildən dünya çempionu olan Vişvanatan Anand bu titula dünyanın ən güclü şahmatçılarının turnirində yiyələnib.