Amerika kuboku-2024-ün Mayamidə baş tutan püşkatma mərasimində turnirin rəsmi topu təqdim olunub. Top “PUMA Cumbre” adlanır. “PUMA Cumbre” adı Amerika qitəsindən keçən dağ silsiləsindən qaynaqlanıb. Topun üzərindəki təsvirlərin dizaynı qitənin formasına əsaslanır. 16 zolaq 2024-cü il Amerika Kubokunda iştirak edəcək ölkələrin ümumi sayını təmsil edir.
“Dizayn çəki balansını təmin etmək üçün 12 möhürlənmiş paneldən ibarətdir. Topun üzərindəki böyüdülmüş və dərin tikişlər isə aerodinamikaya müsbət təsir göstərəcək. FIFA Quality Pro kateqoriyasına uyğundur”, - topun təsvirində deyilir.
Qeyd edək ki, 2004-cü ildən 2021-ci ilə kimi turnirin rəsmi toplarını “Nike şirkəti təmin edib.