Səudiyyə Ərəbistanının İdman Naziri Şahzadə Əbdüləziz bin Turki Əl Faysal ölkənin 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyindən danışıb. “Bu, sadəcə bir nəzəriyyədir. Baxmaq lazımdır ki, bu yarışın ölkə üçün nə faydası var. Hələ zaman var. Yekin qərar vermək üçün tələsmirik. Bizim ev sahibliyimiz üçün 125-dən çox federasiyadan dəstək almışıq. Dünya 2034-cü il çempionatına ev sahibliyi etməyimizi istəyir”, - deyə BBC nazirin sözlərindən sitat gətirib.
Şahzadə: “Dünya çempionatına ev sahibliyi etməyimizi istəyir”