“Los-Anceles”in müdafiəçisi Corcio Kyellini MLS Kubokunun final matçından sonra karyerasını bitirəcəyini bildirib. “Mən başa düşməliyəm ki, vaxtdır. Başımı, ürəyimi və ayaqlarımı qorumalıyam. Bu, mənim son oyunum ola bilər”, - deyə Kyellininin sözlərini “Goal” sitat gətirib.
Qeyd edək ki, 39 yaşlı Kyellini 2022-ci ildən Los-Ancelesdə çıxış edir.