Kataloniya klubu müdafiəçi Joao Kanselu və cinah yarımmüdafiəçisi Joao Feliksi cari mövsümün sonunda icarə müqaviləsi başa çatdıqdan sonra komandada saxlamaq niyyətindədir. “Barselona” prezidenti Xuan Laporta X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib. “Kanselu və Feliks bizə qoşulandan bəri yüksək səviyyədə oynayırlar. Klub onları növbəti mövsümlərdə saxlaya biləcək. Yaxın gələcəkdə bu oyunçularla bağlı danışıqlara başlamağı planlaşdırırıq. Çünki bizim həm “Mançester Siti”, həm də “Atletiko” ilə yaxşı münasibətlərimiz var”, - deyə o qeyd edib.
“Yaxın gələcəkdə danışıqlara başlamağı planlaşdırırıq”