Karlo gələcək barədə susur

Karlo gələcək barədə susur

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi və PSJ-nin hücumçusu Kilian Mbappenin 2024-cü ildə mümkün transferindən danışıb. “Mbappe haqqında, klubda baş verəcəklər barədə məlumatı şərh etməyəcəyəm. Eyni şey mənim gələcəyim üçün də keçərlidir”, – jurnalist Fabrizio Romano Ançelottinin sözlərindən sitat gətirib.
Ançelottinin bu yay “Real”la başa çatdıqdan sonra məşqçilik fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Ançelottinin Səudiyyə Ərəbistanına keçidi də əsas xəbər manşeti hesab olunur.