Futbol tərk edənlərin dəyəri açıqlanıb - “Transfermarkt”

Futbol tərk edənlərin dəyəri açıqlanıb - “Transfermarkt”

Nüfuzlu “Transfermarkt” internet portalı öz Telegram kanalında 2023-cü ildə futbolçu karyerasını başa vurmuş futbol ulduzlarından ibarət simvolik komandanı dərc edib. “Transfermarkt” bu oyunçuların indiyə qədər əldə etdikləri yüksək dəyəri əsas götürüb. Belçikalı Eden Hazard ən yüksək sərvətə sahibdir - 150 milyon avro. O, 2018-ci ildə bu qədər qiymətlənib.


Qapıçı: Canluici Buffon (İtaliya, 35 milyon avro).

Müdafiəçilər: Filipe Luis (Braziliya, 25 milyon avro), Ceremi Matye (Fransa, 15 milyon avro), Dieqo Qodin (Uruqvay, 40 milyon avro), Sime Vrsalko (Xorvatiya, 25 milyon avro).

Yarımmüdafiəçilər: Daniel Drinkuoter (İngiltərə, 20 milyon avro), Sesk Fabreqas (İspaniya, 55 milyon avro), Aleks Sonq (Kamerun, 28,5 milyon avro).

Hücumçular: Eden Hazard (Belçika, 150 milyon avro), Zlatan İbrahimoviç (İsveç, 46 milyon avro), Teo Uolkott (İngiltərə, 28 milyon avro).