Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları davam edir. Turun ikinci oyun günün ilk qarşılaşması Qəbələdə təşkil olunub. “Qəbələ” komandası doğma meydanda Gəncə təmsilçisi “Kəpəz”lə qarşılaşıb. Oyun qonaqların böyükhesablı qələbəsi ilə yadda qalıb -0:3. Gəncə təmsilçisini heyətində qolları 6 və 72-ci dəqiqələrdə Georgi Papunaşvili, 70-ci dəqiqədə isə Adama Niane vurub. Qonaqlar bu qələbədən sonra xalların sayını 13-ə çatdıraraq sonuncu pillədən yaxa qurtarıblar. Əvəzində isə “Qəbələ” komandası sonuncu pilləyə yuvarlanıb. Qırmızı-qaraların aktivində hazırda 11 xal var.