"Zirə" yenə xal itirdi

"Zirə" yenə xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilir. Günün ikinci oyununda “Zirə” klubu “Araz-Naxçıvan”ı qəbul edib. “Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun tərəflərin cəhdlərinə baxmayaraq qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

"Zirə" komandası bu nəticədən sonra aktivindəki xalların sayını 29-a çatdırıb. Qəsəbə təmsilçisi hazırda ikinci pillədə qərarlaşıb. Aktivində 23 xalı olan "Araz-Naxçıvan" isə üçüncüdür.