İspaniyaLa Liqasının XVI turun oyunları davam edir. Tur çərçivəsində “Atletiko Madrid” və “Almeriya” komandaları üz-üzə gəlib. “Civitas Metropolitano” stadionunda təşkil olunan oyun Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb -2:1. Matçın 17-ci dəqiqəsində Alvaro Morata hesabı açıb. 5 dəqiqə sonra Anxel Korrea “Atletiko Madrid”in üstünlüyünü iki topa çatdırıb. Qonaqlar bu qollardan birinin əvəzini çıxmağa müvəffəq olublar. Matçın 62-ci dəqiqəsində Leo Baptistao fərqlənib. Beləliklə, minimal hesablı qələbə qazanan Madrid təmsilçisi bu nəticədən sonra aktivindəki xalların sayını 34-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. “Almeriya” isə 4 xalla turnir cədvəlinin sonuncusudur.
"Atletiko" minimal hesablı qələbə ilə üçüncü sıraya yüksəldi