Futbol üzrə Türkiyə Superliqasının 15-ci turu çərçivəsində keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" oyunundan sonra qalmaqal yaşanıb. Belə ki, "Ankaragücü" klubunun prezidenti Faruk Koca meydana daxil olaraq oyunun baş hakimi Halil Umut Melərə hücum edərək ona yumruq zərbələri endirib. Oyunun baş hakimi aldığı zərbələrdən sonra yıxılıb. Daha sonra meydandan uzaqlaşdırılan ədalət təmsilçisinə hakimlər otağında tibbi yardım göstərilib.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. 15 turdan sonra aktivində 18 xalı olan “Ankaragücü” 11-ci pillədə qərarlaşıb. “ Çaykur Rizəspor” komandası isə 22 xalla 8-cidir.