FİFA dekabrın 11-dən 22-dək Səudiyyə Ərəbistanında keçiriləcək 2023-cü il klublararası dünya çempionatının topunu təqdim edib.
Top çəhrayı, narıncı, qara və ağ rənglərə boyanıb.
Qeyd edək ki, turnirdə yeddi komanda iştirak edəcək. Bunlar “Fluminense”, “Mançester Siti”, “Urava Red Daymonds”, “Leon”, “Əl-Əhli”, “Ouklend Siti” və “Əl İttihad”dır.
2022-ci ildə FİFA Klublararası Dünya Çempionatının qalibi finalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına qalib gələn (5:3) Madrid "Real"ı olub.